19:36
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın baş prokuroru Andrey Kostin istefa verib.

Teleqraf.com xəbər verir ki, buna səbəb prokurorluq orqanlarındakı çoxsaylı qanunsuzluqlardır.

Qeyd edək ki, oktyabrın 16-da ukraynalı jurnalist Yuri Butusov Xmelnitsk vilayətində 49 prokurorun saxta əlillik dərəcələri alması, eləcə də prokurorluq orqanlarına işə qəbulla bağlı yol verilən nöqsanlar barədə xəbər yayıb. Bundan sonra baş prokuror Kostin faktla bağlı xidməti araşdırmanın başlandığını bildirib.

Ukrayna Prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının bugünkü iclasında sözügedən faktı sərt tənqid edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər