00:27
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yekaterinburqun Koltsovo hava limanında sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb.

Teleqraf.com yerli məlumata istinadən xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.

“Aeroportumuzda təyyarələrin qəbulu və yola salınması ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Buna səbəb dövlət aviasiyası təyyarəsinin uçuş-enmə zolağından çıxmasıdır”, - deyə Koltsovonun mətbuat xidməti məlumat yayıb.

Hazırda ikinci uçuş-enmə zolağı istifadəyə verilib, gələn bir sıra reyslər əlavə və alternativ aerodromlara yönəldilib.


Müəllif: Arzu

Oxşar xəbərlər