14:16
257
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan sərhədlərin delimitasiyası komissiyalarının əsasnaməsini ratifikasiya eləməsə, saziş qüvvəyə minməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanda parlamentində iki ölkənin sərhədlərin delimitasiyası komissiyalarının əsasnaməsinin ratifikasiyası məsələsinin müzakirəsi zamanı vitse-spiker Ruben Rubinyan deyib.

“Əgər Ermənistan reqlamenti ratifikasiya etsə, Azərbaycan etməsə, saziş baş tutmamış hesab olunacaq”, - deputat bildirib.

Rubinyan daxili radikal qüvvələrin ittihamlarına cavab olaraq qeyd edib ki, bunda Ermənistan üçün heç bir təhlükəli məqam yoxdur.

Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası komissiyalarının fəaliyyətinin tənzimlənməsi haqqında əsasnamə bu ilin avqustunda imzalanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər