BMT-nin baş katibi Antonio Quterreş Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, oktyabrın 23-də BMT-nin baş katibi Rusiya prezidenti Vladimir Putinlə görüşü də planlaşdırılıb.
Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi Quterreşin bir vaxtlar Kiyevin təşkil etdiyi “sülh sammitinə” gəlməkdən imtina etməsini, lakin eyni zamanda Kazanda keçiriləcək BRİKS sammitində iştirak etmək qərarına gəlməsini yanlış seçim adlandırıb.
BRİKS-in Kazan sammiti oktyabrın 22-də başlayıb. Tədbir oktyabrın 24-dək davam edəcək. İclasda ilk dəfə olaraq assosiasiyaya yeni üzv ölkələr iştirak edəcək.