22 Oktyabr 21:56
348
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yuventus”un və İtaliya milli futbol komandasının sabiq müdafiəçisi Leonardo Bonuççi İtaliyanın gənclərdən ibarət futbol komandasının məşqçilər korpusuna qoşulub.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

"Mən əminəm ki, Bonuççi heyətdə çox inkişaf edə bilər və millinin məşqçilər siyahısının yaradılmasına mühüm töhfə verə bilər" - federasiyanın prezidenti deyib.

Qeyd edək ki, bu iş təcrübəsi yayda B kateqoriyalı lisenziya alan 37 yaşlı italyan üçün ilk olacaq. İtaliya gənclər komandasının baş məşqçisi Bernardo Korradidir .
2024-cü ilin mayında Türkiyənin "Fənərbağça"sı ilə müqaviləsi başa çatdıqdan sonra Bonuççi karyerasını başa vurub.


Müəllif: Arzu

Oxşar xəbərlər