22 Oktyabr 22:42
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Slovakiyanın baş naziri Robert Fikoya qarşı sui-qəsdin arxasında sadəcə bir nəfər ola bilməz".

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç Slovakiyaya səfəri zamanı deyib.

“Məni bu gün narahat edən odur ki, Avropada və dünyada bir çoxlarının guya bu baş verməmiş kimi davranmasıdır, ona görə də biz Slovakiya hakimiyyətinin araşdırmasının nəticələrini böyük diqqətlə gözləyirik. Əminik ki, bu, bir nəfərin işi ola bilməz. Bu, ümumi atmosferin və Fikoya qarşı ümumi koordinasiyalı hücumların nəticəsidir”, - Vuçiç Fiko ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

Vuçiç əlavə edib ki, o, Slovakiyanın daxili işlərinə qarışmaq istəmir və buna haqqı yoxdur, lakin Fikonun uzun müddət ölkəsinin və xalqının rifahı üçün çalışa biləcəyinə inanır.

Bundan əvvəl Robert Fikoya sui-qəsddən sonra iki dövlət təhlükəsizlik işçisi işdən çıxarılmışdı.

Xatırladaq ki, hökumətin iclasından sonra Slovakiyanın baş nazirinə qarşı sui-qəsd cəhdi edilib: Leviçe şəhərindən olan 71 yaşlı şair və yerli ədəbi klubun yaradıcısı Juraj Cintula ona təxminən 5 dəfə atəş açıb.


Müəllif: Arzu

Oxşar xəbərlər