12:49
341
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan dünyanın reallıqlarını dərk edə bilmir, arzu və istəklərlə hərəkət edir.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Armen Baqdasaryan deyib.

“Cəmiyyətimiz Ermənistan-Rusiya, Ermənistan-Qərb, hətta Ermənistan-Türkiyə münasibətlərinə yanaşmada daha çox emosiyaları, emosional hisləri rəhbər tutur, konkret faktları nəzərə almır. İnsanlarımızın əksəriyyəti daşlaşmış miflərə, stereotiplərə və təbliğata asanlıqla təslim olur. Uzun müddətdir gördüyümüz budur ki, həm Rusiya, həm də Qərb təbliğat mediası bizim cəmiyyətlə fəal işləyir və bu, öz bəhrəsini verir”, - ekspert qeyd edib.

Baqdasaryan hesab edir ki, erməni cəmiyyəti beynəlxalq münasibətlər və geosiyasi gəlişmələri doğru qiymətləndirə bilmir.

Politoloq Ermənistanın Avropa Birliyinə üzvlük məqsədinin də reallığa söykənmədiyini söyləyib:

“Təəssüf ki, Ermənistan konkret reallıqlar yox, istək və arzularla hərəkət edir. Buna görə də, ölkədə Avropaya can atanların sayı kifayət qədər böyükdür. Əgər bunun bədəli aydın olsaydı və təhlükəsizlik riskləri olmasaydı, əminəm ki, Ermənistan əhalisinin 90 faizindən çoxu Qərbə getməyin tərəfdarı olardı. AB-yə üzvlük qeyri-müəyyən perspektivə malikdir, praktiki olaraq bu ehtimal sıfıra yaxındır.

Ermənistan hakimiyyətinin 6 illik siyasi təcrübəsi göstərir ki, öz qeyri-real istəklərində kifayət qədər israrlıdır. Hakimiyyət inadla Qərb yolu ilə davam edəcək. Hansısa durumdan asılı olaraq, bəzən prosesi dayandırırlar, amma istənilən halda Paşinyan hakimiyyəti öz yanaşmalarından əl çəkməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər