17:32
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili müxalifəti və seçiciləri oktyabrın 26-da keçiriləcək seçkilərdə fəal olmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə yazıb.

“Gürcüstan ölümcül təhlükə altındadır. Dostlar, sosial vədlər və rəngli kliplər vaxtı deyil. Biz faktiki olaraq vətənimizi itiririk, bizi böyük fəlakət gözləyir, əgər hamımız səfərbər olub 26-da seçkiyə getməsək, nəinki vizasız rejimi itirəcəyik, ölkə nəinki kökündən yoxsullaşacaq, biz Rusiyanın adi bir hissəsinə çevriləcək. Odur ki, bir-birimizlə vədlərlə yarışmayaq, hamımız əl-ələ verək, seçicilərimizi səsverməyə çıxaraq, Gürcüstanı birlikdə xilas edək.

Mən bütün partiyaları və fəal insanları bölgələrdən seçicilərin avtobuslarla qeydiyyat məntəqələrinə daşınmasına kömək etməyə çağırıram, hər bir səsin itirilməsi ölümcül təhlükə yaradır, yeganə çıxış yolu tam səfərbərlikdir”, - Saakaşvili vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər