17:01
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Nəzakət Teymurova yeni klipini təqdim edib.

Teleqraf.com xəbər verir ki, Nəzakət Teymurova "Bu gecə" adlı mahnısına klip çəkdirib.

Mahnının sözləri Məhəmməd Füzuli, musiqisi Ramiz Mirişli və Nazim Mirişliyə aiddir. Aranjimanı isə Əliağa Sədiyevə məxsusdur.

Kamançada Elşən Mansurov, nağarada Kamran Kərimov, nəfəs alətlərində Şirzad Fətəliyev, udda Qalib Həşimov, qanunda ( kanon) Çinarə Mütəllibova ifa edib. Klip bütün musiqi platformalarında yayımlanıb.

Xalq artistinin imici üzərində stilist Elnur Həsənov çalışıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər