18:01
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlumat verildiyi kimi, güclü yağışların yaratdığı fəsadların aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri və Abşeron rayonu ərazisində müvafiq tədbirlər görülür.

Teleqraf.com xəbər verir ki, həyata keçirilmiş tədbirlər nəticəsində müxtəlif istiqamətlərdə, o cümlədən tunel və yolötürücülərində suyun çəkilərək kənarlaşdırılması təmin edilib, bəzi ünvanlarda işlər intensiv şəkildə davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər