18:18
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan sülh müqaviləsini razılaşdırılmış bəndlər əsasında imzalamağa hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryan deyib.

“Ermənistan və Azərbaycan razılaşdırılmış bəndləri imzalaya və sülh sazişinin digər bəndləri üzərində işi davam etdirə bilər. Bizim mövqeyimiz dəyişməyib, bunu qısa müddət ərzində həyata keçirməyə hazırıq”, - o vurğulayıb.

ABŞ Prezidenti Co Baydenin Azərbaycan və Ermənistan liderlərinə məktub göndərməsinə toxunan Koncoryan iddia edib ki, Vaşinqton həmişə sülh prosesini dəstəkləyib:

“Ermənistan Vaşinqtonun regionda sülhün bərqərar olmasına yönəlmiş fəal səylərinə önəm verir. ABŞ dövlət katibi (Entoni Blinken) prosesdə fəal iştirak edir.

Ermənistanın mövqeyində heç nə dəyişməyib. Biz həm ABŞ, həm də digər tərəfdaşlarla regionda sülh gündəliyinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparırıq”.

Rəsmi Bakı sülh müqaviləsinin yarımçıq imzalanması təklifini rədd edir. Çünki Ermənistan bununla əsas bəndlərin həllindən yayınır. Ən əsas bənd isə Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlıdır. İrəvan məhz bundan yayınmaq üçün bu qəbuledilməz təklifində israr edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər