18:35
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın “Bavariya” futbol klubunun məşqçilərindən biri Çempionlar Liqasının qrup mərhələsinin oyunu öncəsi Barselonada qarət edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “El Caso” nəşri məlumat yayıb.

Məlumata görə, məşqçi şəhərdə gəzərkən gənc oğru ona yaxınlaşaraq diqqətini yayındırıb. Daha sonra onun bahalı saatını, iPhone 15 telefonunu və pul qabını oğurlayıb.

“Bavariya” futbol klubu rəsmiləri hadisə ilə bağlı yerli polisə müraciət edib. Ancaq yerli polis oğurlanmış əşyaları qaytarmaq mümkün olmayacağını bildirib.

Bu gün, oktyabrın 23-də Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində "Barselona" və "Bavariya" üz-üzə gələcək.


Müəllif: Arzu

Oxşar xəbərlər