19:42
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 4 nəfərin öldüyünü, 14 nəfərin yaralandığını deyib.

Teleqraf.com xəbər verir ki, Türkiyə lideri bunu Kazanda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

***

18:44

Ankarada terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

***

18:22

Ankarada, TUSAŞ-ın ("Türk Aviasiya və Kosmik Sənayesi" ASC) obyektlərində ikinci partlayış olub.

Teleqraf.com xəbər verir ki, bu barədə "İhlas" Xəbər Agentliyi məlumat yayıb.

18:04

Ankarada TUSAŞ-ın ("Türk Aviasiya və Kosmik Sənayesi" ASC) obyektlərində törədilən terrorda, ilkin məlumata görə, iki nəfər həlak olub.

Teleqraf.com bildirir ki, bu barədə "CNN Türk" xəbər yayıb.

***

17:44

Türkiyə Aerokosmik Sənayesi Şirkətinin (TUSAŞ) paytaxt Ankaradakı obyektlərinə qarşı terror aktı həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Partlayışdan sonra başlayan silahlı toqquşmanın davam etdiyi, girovların olduğu bildirilir.

TUSAŞ qarşısında baş verən partlayış kameralar tərəfindən belə lentə alınıb.

ideogörüntünü təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər