18:34
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bidzina İvanişvili Rusiyadan qorxur, amma bu, Gürcüstanın problemi deyil.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

Prezident qeyd edib ki, hakim “Gürcü Arzusu” Partiyası bütün istiqamətlərdə Rusiyaya tabe olsa da, Moskva buna cavab olaraq heç nə etməyib.

Zurabişvili hesab edir ki, hökumətin sabit olduğu, xalqın etimadını qazandığı bir vaxtda Gürcüstanın birləşməsi məsələsini qaldırmağa dəyər.

“Düşünürəm ki, o, (İvanişvili) Rusiyadan çox qorxur. Bütün istiqamətlərdə itaət edir, ondan tələb olunan hər şeyi yerinə yetirir, amma Rusiya bunun əvəzində heç nə eləmədi. Abxaziya və Osetiya məsələsi onlar üçün bağlıdır.

Gürcüstanda problemi olan hər bir rejim bu mövzular üzərindən özünü dirçəltməyə çalışır. Effektli cəhd o zaman edilə bilər ki, hakimiyyət sabit olsun və xalqın etimadını qazansın. Belə olan halda istənilən strategiya haqqında düşünmək olar”, - prezident bildirib.

Zurabişvili vurğulayıb ki, Gürcüstanın birləşməsində əsas strategiya Avropa Birliyinə üzvlük olmalıdır:

“Bu, xalqımızı birləşdirək. Gələcəyimizi şüurlu, sülh yolu ilə həll edib İvanişvilini öz qorxuları ilə tərk etməliyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər