18:58
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorla bağlı mediaya yayım qadağası qoyulub.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Radio və Televiziya Ali Şurasının (RTÜK) sədri Əbubəkir Şahin açıqlama verib.

Açıqlamada bildirilib ki, TUSAŞ-ın Kahramankazan obyektlərinə edilən terror hücumundan sonra müvafiq məhkəmə tərəfindən mediaya yayım qadağası ilə bağlı qərar qəbul edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər