17:24
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Aerokosmik Sənayesi Şirkətinin (TUSAŞ) paytaxt Ankaradakı obyektlərinə qarşı terror aktı həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.

“Təəssüf ki, hücumdan sonra şəhidlərimiz, yaralılarımız var. Hadisə barədə ictimaiyyətə məlumat veriləcək”, - nazir bildirib.

“Haber7” partlayışdan sonra TUSAŞ qarşısında silahlı toqquşma və kamikadzenin olduğu barədə yazıb. Bu iddiadan sonra ərziyə (Kazan qəsəbəsi) qrup göndərilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər