17:56
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstədiyimiz beynəlxalq norma və tələblərə uyğun sülhdür. Ermənistan mütləq sülhə nail olacaq.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Xaçatur Sukiasyan deyib.

“Bölgədə yavaş-yavaş yanaşma və münasibətlər dəyişir, regionda bir-birinin suverenliyinə hörmət institutu formalaşmağa başlayır. Azərbaycan da region dövlətlərindən biridir. Azərbaycanın rəsmi, diplomatik ifadələrində ərazi bütövlüyü, suverenlik məsələləri var”, - deputat bildirib.

Sukiasyan əlavə edib ki, hazırda Ermənistanla Azərbaycan arasında müharibə təhlükəsi görmür.

“Ermənistan da formalaşmağa başlayır. Əlbəttə, 2020-ci ildə bizim çox böyük itkilərimiz oldu, amma ondan sonra ayıldıq, Ermənistan öz texnologiyaları və çoxşaxəli iqtisadiyyatı ilə regionda kifayət qədər başadüşülən ola bilər. Bölgədə buna ehtiyacımız var. Ermənistan bütün qonşu dövlətlərlə əməkdaşlıq etsə, gələcəkdə çox ciddi iqtisadiyyata sahib olacaq, biz buna doğru gedirik”, - erməni siyasətçi qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər