Meyxanaçı Namiq Qaraçuxurlu ötən ay vəfat edən anası Qənirə xanımla bağlı paylaşım edib.
Teleqraf.com xəbər verir ki, sənətçi valideyninin fotosunu sosial şəbəkədə izləyiciləri ilə bölüşərək bunları yazıb:
"Cismən uzaqlaşmağımızdan 40 gün keçir. Təsəllimiz bircə budur ki, ağrılardan qurtuldun. Anam, Allah sənə rəhmət eləsin".
Qeyd edək ki, mərhum uzun müddət qida borusundakı xərçəng xəstəliyindən əziyyət çəkib.