30 Oktyabr 20:26
254
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) Londonda meymunçiçəyinin “Clade 1b” adlı ştammının aşkarlandığını bildirib.

Teleqraf.com xəbər verir ki, xəstə “Royal Free Hospital”ın yüksək riskli infeksion xəstəliklər bölməsinə köçürülüb. Xəstə son zamanlar bu ştammın yayıldığı Afrika ölkələrinə səyahət edibmiş.

Meymunçiçəyinin “Clade 1b” ştammı Böyük Britaniyada ilk dəfə aşkarlanıb. Almaniya bu ayın əvvəlində “Clade 1b” virusuna ilk yoluxmanın baş verdiyini bildirmişdi.

Qeyd edək ki, bu vaxtadək Afrikada “Clade 1b” ştammından azı min nəfər ölüb.

“Clade 1b” ştammı meymunçiçəyinin 2022-ci ildən Böyük Britaniyada yayılan ştamlarından fərqli variantdır və onun daha ağır xəstəliyə səbəb olduğu düşünülür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər