İslam dünyası İsrailin Qəzza zolağındakı əməliyyatına kifayət qədər sərt reaksiya nümayiş etdirməyib.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan IX Beynəlxalq Quran hifzi və qiraəti müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.
“Bir neçə ölkə istisna olmaqla, təəssüflə bildirirəm ki, İslam dünyasından İsrailin Qəzza zolağındakı hərəkətlərinə kəskin reaksiya yoxdur", - deyə Ərdoğan bildirib.
Ərdoğan əlavə edib ki, indiyədək heç kim İsrailə və onun baş naziri Benyamin Netanyahuya qarşı məhdudlaşdırıcı addımlar atmayıb. Bununla əlaqədar olaraq o, Fələstin və Livanın taleyini düşünən bütün ölkələri Qəzza zolağının sakinlərinə “kömək əlini uzatmağa” çağırıb.