30 Oktyabr 22:12
398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya lideri Vladimir Putin hər şeyi cəbhəyə qoyub və sona qədər gedəcək.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı rejissor, ordu zabiti Oleq Sentsov deyib.

“Putin hər şeyi cəbhəyə qoyub. Bu, onun siyasi həyatının son fəslidir. Sona qədər gedəcək. Biz özümüzü sona qədər müdafiə etməyə hazır olmalıyıq, əks halda uduzacağıq”, - rejissor bildirib.

Sentsovun fikrincə, Rusiya Ukraynanı xəritədən silmək istəyir: “Putinin qarşısına qoyduğu hədəf budur, həç kəs onu maraqlandırmır. Onun insan və hərbi resursları, tərəfdaşları var. Sanksiyalar Rusiyanı məhv etmədi”.

Rejissor hesab edir ki, müharibə çox uzun müddət davam edə bilər, məsələn, 10 il:

“Putin indi bizim istədiyimiz mövqelərlə bağlı heç bir danışıqlara getməyəcək. Onun yalnız bir tələbi var - təslim olmaq. Təəssüf ki, biz indi nəsə tələb etmək iqtidarında deyilik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər