30 Oktyabr 21:37
212
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyası Gürcüstanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların dayandırıldığını elan edib və respublikanı hərtərəfli seçki islahatları aparmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə departamentin namizəd ölkələrin təşkilata üzv olmaq üçün tövsiyələrin icrasında irəliləyişlərə dair hesabatında deyilir.

Bildirilir ki, Avropa Komissiyası Gürcüstanda keçirilən parlament seçkilərində Moskva ilə münasibətlərin dəstəklənməsini müdafiə edən partiyanın qalib gəlməsindən narazıdır. Eyni zamanda, təşkilatın fikrincə, Gürcüstan xüsusilə Rusiya, Belarus və İrana qarşı sanksiyaları dəstəkləmək istəmədiyinə görə Avropanın xarici siyasətinə aşağı səviyyədə riayət edir. Bundan əlavə, respublika Rusiya ərazisinə birbaşa uçuşların sayını artırmaqda və Avropa İttifaqı ilə bağlı məlumatlarla manipulyasiya hallarının artmasında ittiham edilib.


Müəllif: Arzu

Oxşar xəbərlər