30 Oktyabr 21:05
282
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın Valensiya muxtariyyətində leysan yağışlar və daşqınlar nəticəsində 70 nəfər həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə "RTVE" dövlət teleradio şirkəti məlumat yayıb.

“Kastiliya-La-Mançada Kuenka və Albasete şəhərlərində daşqınlar nəticəsində iki nəfər həlak olub, Letur bələdiyyəsində isə ən azı altı itkin düşmüş şəxsin axtarışları davam etdirilir”, - məlumatda deyilib.

Oktyabrın 30-da səhər saatlarında “The Guardian” qəzeti İspaniyada daşqınlar nəticəsində 7 nəfərin itkin düşdüyünü bildirib. Valensiyada yağan yağışlar səbəbindən dəmir yolu və magistral yolları su basıb, bölgədə sürətli qatarların hərəkəti dayandırılıb.


Müəllif: Arzu

Oxşar xəbərlər