4 Noyabr 08:26
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 5-də keçiriləcək seçkilər ərəfəsində 78 milyondan çox ABŞ vətəndaşı erkən səsvermə imkanından yararlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Florida ştatı Universitetinin məlumatında bildirilib.

Məlumata əsasən, 42,6 milyondan çox insan seçki məntəqələrinə şəxsən baş çəkib, 35,3 milyona yaxını isə poçt vasitəsilə səs verib.

ABŞ-də qeydə alınan seçicilərin ümumi sayı təxminən 168 milyon nəfərdir. Ən böyük fəallıq Texas (8,9 milyon səs), Florida (8,1 milyon), Kaliforniya (7,6 milyon), Şimali Karolina (4,4 milyon) və Corciyada (4 milyon) qeydə alınıb.

Qeyd edək ki, ABŞ-də növbəti ümumi seçkilər noyabrın 5-də keçiriləcək. Respublikaçı Donald Tramp və demokrat Kamala Harris dövlət başçısı postu uğrunda mübarizə aparacaqlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər