4 Noyabr 09:56
7 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi (AB) NATO-nu tamamlayacaq öz təhlükəsizlik təşkilatını yaratmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Avropa Parlamentinin sədri Roberta Metzola deyib.

Qurum rəhbəri AB-nin həmişə daha güclü, daha ardıcıl və səmərəli olması lazım olduğunu bildirib.

“Məsələn, əsl təhlükəsizlik və müdafiə ittifaqının yaradılmasına gəldikdə, mən həmişə eyni şeyi söyləyirəm. Uzun müddətdir tələb etdiyimiz şey NATO-nu tamamlayan birlikdir” - Metzola qeyd edib.

AB rəsminin sözlərinə görə, Avropa Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən son dərəcə qeyri-sabit vəziyyətin astanasındadır. Metzola əmindir ki, ölkədə prezident seçkilərindən sonra Ağ Evə kimin gəlməsindən asılı olmayaraq, AB hər şeyə hazır olmalıdır.

“Yanvarda yeni prezident, deməli, yeni administrasiya olacaq. Ukraynaya maliyyə yardımı ilə bağlı səsverməyə gəlincə, yeni Senat, yeni Konqres də olacaq. Ümid edirəm ki, birlikdə işləməyə davam edəcəyik”, - Avropa Parlamentinin rəhbəri vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər