İspaniyanın "Barselona" klubunun oyunçusu Robert Levandovskinin evi güclü daşqınlar nəticəsində zərər görüb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Kasteldelfesdə (Kataloniya) yaşayan polşalı futbolçu yollardakı sel səbəbindən məşqə getməkdə çətinliklə üzləşib.
36 yaşlı hücumçunun həyat yoldaşı sosial şəbəkələrdə evlərinin qarajının su altında qaldığını bildirib.
Qeyd edək ki, son məlumatlara görə, İspaniyada daşqınlar nəticəsində 200-dən çox insan həlak olub, minlərlə ev dağılıb.