Suriyanın silahlı müxalifəti danışıqlara hazırdır, amma Bəşər Əsədin hakimiyyətinə qarşı mübarizəni dayandırmayacaq.
Teleqraf.com xəbər verir ki, bu sözləri hökumət əleyhinə Milli Müxalifət və İnqilabi Qüvvələr Koalisiyasının lideri Hadi əl-Bəhra deyib.
“Biz Bəşər Əsəd rejiminə qarşı mübarizəni Dəməşq BMT-nin vasitəçiliyi ilə siyasi keçid prosesinə qoşulana qədər dayanmayacağıq. Sabahdan etibarən danışıqlara başlamağa hazırıq”, – deyə müxalifət lideri bildirib.