10:28
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran xarici işlər naziri Abbas Əraqçi Suriyadakı son hadisələri müzakirə etmək üçün Türkiyəyə səfər edib.

Teleqraf.com xeber verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

İranın baş diplomatı Suriyadakı mövcud vəziyyəti Ankarada türkiyəli həmkarı Hakan Fidan və digər rəsmilərlə müzakirə edəcək.

Əraqçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşü gözlənilir.

Qeyd edək ki, nazir bundan öncə Dəməşqdə Suriya Prezidenti Bəşər Əsədlə görüşüb.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər