16:07
1 331
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və İran ümumi düşmənə qarşı birgə mübarizə aparmalıdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ankarada iranlı həmkarı Abbas Əraqçi ilə görüşündən sonra Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Ölkələrimiz arasında ticarəti artırmaq və xalqımızın rifahına töhfə vermək istəyirik. Bölgəmizin inkişaf potensialını reallaşdırmaq niyyətindəyik. Buna nail olmağımız üçün zəruri şərtlərdən biri də terrorun aradan qaldırılmasıdır.

Türkiyə və İran terrora qarşı əməkdaşlığı davam etdirəcək. Bu ümumi düşmənə qarşı həmişə birgə mübarizə nümayiş etdirməliyik. Həm PKK, həm də PKK-nın uzantıları olan YPG və PJAK-a qarşı aydın və qətiyyətli siyasət yürütməliyik. Bu təşkilatların bölgəmizdən tamamilə silinməsi ilə bağlı Türkiyə ilə İran arasında konsensus var. Bu razılaşmanı meydanda ümumi mübarizəyə çevirmək üçün daha çox vaxt itirmək istəmirik. Astana prosesi çərçivəsində mühüm işlər gördüyümüz İranla koordinasiyamızı qarşıdakı dövrdə də davam etdirəcəyik”, - nazir belə bildirib.

Qeyd edək ki, PJAK PKK terror təşkilatının İranda fəaliyyət göstərən qoludur. Türkiyə illərdir İranı bu təşkilata qarşı tədbirlər görməyə çağırır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər