12:53
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda hakimiyyətə qarşı kütləvi etirazlar Avropa İttifaqı (Aİ) tərəfindən idarə olunur.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, etirazlar parlament seçkilərinin nəticələri yox, hökumətin Aİ ilə danışıqları rəsmən dayandırmasına görə başlayıb:

“Gürcüstan inqilabın astanasındadır. Etirazlara müxalifət lideri kimi Prezident Salome Zurabişvili başçılıq edir. Etirazlarin kütləvi hal alması Baş nazir İrakli Kobaxidzenin Aİ-yə üzvlük danışıqlarının rəsmən dayandığını bəyan etməsindən sonra baş verdi.

Etirazların əsas dəstəkçisi ABŞ yox, Avropa İttifaqıdır. Gürcüstan hökumətinin 20 illik avrointeqrasiya siyasətindən radikal dönüşü Avropa İttifaqını hiddətləndirib. Seçki günü və ondan sonrakı aksiyalarda kütləvilik olmadı, nəticədə hökumət arxayın olaraq, daha radikal qərarlar verdi.

“Boz kardinal” Bidzina İvanişvili hesab edirdi ki, “Xarici agentlər haqqında” qanunun qarşısını ala bilməyən, seçkidə uduzan müxalifət zəifdir, cəmiyyət də reallıqla barışıb, buna görə də Aİ ilə danışıqların dayandırılmasına səs çıxaran olmayacaq. Əksi baş verdi. Yəni kütləvi aksiyalara həm də hökumətin özü rəvac verdi.

Etirazlar hökumətin istefası ilə nəticələnsə, prezident aralıq hökumət elan edib, təkrar seçkilərə gediləcək. Etirazçılara tətbiq olunan güc daha da sərtləşsə, nümayişlər geniş xarakter ala bilər. “Gürcü Arzusu” hökuməti səhv hesablama aparaq, tez qərarlar verdi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər