Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Vladimir Zelenskinin sahiblərinin ona xəyanət etdiyini, məqsədlərinin Ukraynaya kömək etmək deyil, Rusiyaya zərər vurmaq olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanın Ukraynanın münaqişənin həlli çərçivəsində ərazilərdən imtina edib-etməməsi barədə müstəqil qərar verməli olduğunu söyləyən bəyanatlarını şərh edərkən danışıb.
“Sahibləri Zelenskiyə xəyanət etdilər. Həmişə belə edirlər. Çünki onların məqsədi Ukraynaya kömək etmək yox, Rusiyaya ziyan vurmaq idi”, - Zaxarova vurğulayıb.