17:12
1 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Suriyada baş verən hadisələr fonunda Rusiya ilə Türkiyə arasında münaqişə ehtimalı azdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Aleksey Çepa bildirib.

“Ölkələrimiz arasında münaqişə bəzi tərəflərin istəyidir. Hazırda biz Suriya əyalətlərində törədilən terror aktlarından xəbərdarıq, Dəməşq ordusunun geri çəkildiyini bilirik. Türkiyə isə öz növbəsində rəsmi olaraq, terror qruplaşmalarını dəstəkləmədiyini bəyan edib. Amma kimsə açıq şəkildə onları dəstəkləyir”, – Çdeputat deyib.

Çepa Suriyadakı qarşıdurmanı kifayət qədər ciddi hesab edib, onun sözlərinə görə, Rusiya Türkiyənin bu qruplaşmalara birbaşa dəstək verdiyini görsə, Prezident Rəcəb Tayyib Ərdoğanla müəyyən söhbət baş tuta bilər.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər