Rusiya digər dövlətlərin daxili işlərinə müdaxilə cəhdlərinə mənfi yanaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
Qaluzin Latviya, Litva və Estoniyanın (Baltikyanı ölkələr) Gürcüstana sanksiyalar tətbiq etmək niyyətini şərh edərkən, Rusiyanın başqa dövlətlərin daxili işlərinə müdaxilə cəhdlərinin qəti əleyhdarı olduğunu deyib.