Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində və Xırdalan şəhər 5 nömrəli tam orta məktəbdə yerləşən məktəb binasında baş verən yanğın hadisəsi elektrik naqillərinin paylanma qutusunda qısaqapanma nəticəsində baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, məktəblərdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər, onların sağlamlığına heç bir təhlükə yaranmayıb.
"Yanğın zamanı yalnız elektrik naqillərinin paylama qutusu zərər görüb, tədris binaları mühafizə edilib.
Hazırda aidiyyəti qurum tərəfindən hər iki hadisənin başvermə səbəbləri araşdırılır. Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür, məktəbin elektrik sisteminin ən qısa zamanda bərpası çərçivəsində işlər aparılır",- deyə əlavə edilib.