11:05
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya rejimi (Bəşər Əsəd) illərdir, onu sıxışdıran üç aktora - İran, Rusiya, “Hizbullah”a baxdı. İndi onları əvvəlkindən daha zəif və müdafiəsiz görüb, bundan istifadə etməyə çalışırlar.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidentinin müşaviri Ceyk Sallivan deyib.

ABŞ rəsmisinin sözlərinə görə, son hücumların sürəti və miqyası Suriya hökuməti və bölgədəki digər aktorları təəccübləndirib.

Sallivan vurğulayıb ki, həm bu hadisələr, həm də Ukraynadakı mövcud vəziyyət Rusiya və İranın daha zəif strateji mövqedə olmasının təbii nəticəsidir.

Hələb və İdlibdəki son hadisələrin ABŞ-ın bölgədəki qüvvələri üçün risk olub-olmaması ilə bağlı Sallivan bunları qeyd edib:

“Hesab edirik ki, hazırda Suriyada İŞİD-lə mübarizə aparmaq üçün yerləşdirilən qüvvələrimiz bu xüsusi hücumun baş verdiyi ərazidən fərqli bir yerdə olduqları üçün qaçılmaz risk altında deyillər. Bununla belə, onlar hələ də İran, İraq və Suriyadakı şiə qruplarının təhdidi altındadırlar. Biz onların müdafiəsini təmin etmək və onlara qarşı hücumlara cavab vermək üçün hər gün işləyirik”.

ABŞ-ın Əsəd rejiminə qarşı mübarizə aparan “Heyət Təhrir əl-Şam” silahlı qruplaşmasını terror təşkilatı olaraq təyin etdiyini deyən prezidentin müşaviri təşkilatın quruluş və hədəfləri ilə bağlı əsaslı narahatlıqlarının olduğunu iddia edib.

Sallivan əlavə edib ki, buna baxmayaraq, ABŞ Suriya müxalifətinin paytaxtı Dəməşqə doğru irəliləməsindən, Rusiya, İran və “Hizbullah”ın dəstəklədiyi Əsəd hökumətinə təzyiqlərdən şikayətlənməyəcək.

Hadisələrin nə gətirəcəyi ilə bağlı mürəkkəb vəziyyət olduğunu bildirən Sallivan Vaşinqtonun bu mövzuda regional tərəfdaşları ilə sıx təmasda olduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər