14:17
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcüstandakı iğtişaşlar onların təşkilatçılarının fikrinə görə dövlət çevrilişinə gətirib çıxarmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

Onun sözlərinə görə, Gürcüstanda baş verənlər bu ölkənin daxili işidir və Rusiya proseslərə müdaxilə etmək niyyətində deyil.

“Gürcüstanda vəziyyətin çalxalanmasına cəhdlər aydın görünür. Biz buna bənzər cəhdləri bir sıra ölkələrdə görmüşük”, - mətbuat katibi söyləyib.

D.Peksov əlavə edib ki, Gürcüstanda “Narıncı inqilab”ın həyata keçirilməsinin bütün əlamətləri var.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər