İran Bəşər Əsəd rejiminə dəstək məqsədilə Suriyaya hərbi qüvvə göndərir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sky New Arabia” məlumat verib.
Mənbə bildirir ki, Tehran Dəməşqə Hələb və İdlib vilayətlərinə qəfil hücum edən silahlı qruplara qarşı mübarizədə yardım üçün Suriyaya qüvvə göndərməyə başlayıb.