18:42
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.

Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Danışıq zamanı əsas diqqət Suriya Ərəb Respublikasında gərginləşən vəziyyətə yönəldilib. Terrorçu qruplaşmaların və silahlı dəstələrin genişmiqyaslı təcavüzü Suriyanın suverenliyini, siyasi və sosial-iqtisadi sabitliyini pozmağa yönəlmiş bir addım kimi qiymətləndirilib", – məlumatda qeyd olunur.

Həmçinin, Suriyanın qanuni hakimiyyətinin konstitusiya quruluşunu və ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün gördüyü tədbirlərə qeyri-şərtsiz dəstək ifadə olunub. Türkiyənin də iştirakı ilə Astana formatı çərçivəsində səylərin koordinasiyasının vacibliyi vurğulanıb.

Qeyd edilib ki, prezidentlər Rusiya-İran əməkdaşlığının müxtəlif sahələrdə inkişafına dair aktual məsələləri, o cümlədən, 23 oktyabrda Kazanda Putin və Pezeşkian arasında keçirilən danışıqların nəticələrini nəzərə alaraq müzakirə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər