Qarabağa bir erməni qayıdırsa, Qərbi Azərbaycana da bir azərbaycanlı qayıtsın.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentdə keçirilən “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda dinləmədə deyib.
“Bir məqama diqqət etməliyik ki, beynəlxalq platformada ermənilərin Azərbaycana hansısa formada qayıdışının alternativi olaraq azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı tezisini aktual şəkildə bütün beynəlxalq platformalarda gündəmdə saxlamalıyıq. Biz elə etməliyik ki, Qarabağa bir erməni qayıdırsa, Qərbi Azərbaycana da bir azərbaycanlı qayıtsın. Əgər min erməni azad olunmuş ərazilərə qayıdacaqsa, min azərbaycanlı da Qərbi Azərbaycana qayıtmalıdır”,- deputat vurğulayıb.
Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Samir Becanov isə deyib ki, qaçqınlarla bağlı beynəlxalq sənədlər və normalar Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsini dəstəkləyir:
"Beynəlxalq hüquqi aktlarda qaçqınların təkcə öz dövlətinə deyil, həm də vaxtilə yaşadıqları ərazilərə qayıtmasını dəstəkləyir. Ermənistan Qərbi azərbaycanlıların yaşadıqları ərazidəki varis dövlət olaraq onların hüququnu təmin etməlidir".
“Qaçqınlarla bağlı beynəlxalq sənədlər və normalar Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsini dəstəkləyir: