Suriya Prezidenti Bəşər Əsəd, ölkədəki son hadisələrin fonunda Ankara ilə təmas qurmaq üçün təşəbbüs göstərib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiye” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Əsəd Türkiyə hakimiyyətinə danışıqlar təklifi göndərmək üçün iki vasitəçidən istifadə edib. Qəzetin yazdığına görə, “indiyədək Əsəd Türkiyənin ona uzatdığı ələ cavab verməmişdi.”
Digər tərəfdən, “Syria TV” daha əvvəl Əsədin Türkiyə ilə danışıqlar aparmaq məqsədilə Antalyaya nümayəndə heyəti göndərməyi əmr etdiyini bildirmişdi. Lakin “Sözcü” qəzeti Türkiyə xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən bu məlumatı təkzib edib.