ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, Co Baydenin oğlu Hunteri əfv etmək qərarını "sui-istifadə" və "ədalətin pozulması" kimi qiymətləndirib.
Teleqraf.com xəbər verir ki, Tramp özünün Truth Social səhifəsində qeyd edib ki, Hunterə verilən əfv, 2021-ci ilin yanvarın 6-da Kapitoliyə basqın edənlərin əfv edilməsini də əhatə edibmi. O, bu hərəkəti ədalətsizlik və sui-istifadə olaraq qiymətləndirib.
Trampın dediklərinə görə, yanvarın 6-da Kapitoliyə basqın edənlər, "siyasi məhbus" olaraq ədalətsiz şəkildə mühakimə ediliblər. Tramp və tərəfdarları, bu şəxslərin həbsinin siyasi motivlərlə həyata keçirildiyini iddia edirlər.