11:45
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bizim əsas xarici siyasət prioritetimiz Avropa İttifaqına inteqrasiyadır. Həm Avropa İttifaqı, həm də ABŞ-la münasibətlərimizin keyfiyyətcə yaxşılaşacağına çox ümid edirik”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze yeni hökumətin ilk iclasında deyib.

Onun sözlərinə görə, “Gürcü Arzusu”nun xarici siyasət üzrə iddialı planları var.

“Yanvarın 20-də Donald Trampın andiçmə mərasimi olacaq. ABŞ və Avropa İttifaqının yeni lideri olacaq. Hesab edirik ki, bundan sonra münasibtlərə keyfiyyət baxımından yenidən başlamaq olar. Biz münasibətlərin sağlam olması üçün mümkün olan hər şeyi etməliyik. Son dörd ildə bu münasibətlərdə ciddi problemlər yaranıb və günah bizdə olmayıb,” - baş nazir söyləyib.

Qeyd edək ki, noyabrın 30-da ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırdığını açıqlayıb.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər