Cənubi Koreyanın paytaxtı Seulda parlament binasında yanğın baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli "Yonhap" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində təxminən 480 nəfər təxliyə edilib.
Onlardan altı nəfərə tüstüdən zəhərlənmə diaqnozu qoyulub. Lakin ciddi xəsarət alan olmayıb.
Hadisənin dəqiq səbəbini araşdırmaq üçün təhqiqat aparılır.