Bir terror təşkilatını həbsdə saxlamaq üçün başqa bir terror təşkilatına dəstək vermək doğru deyil.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
Nazir ABŞ-nin Suriyada PKK/YPG terror təşkilatına dəstəyinə diqqət çəkib:
“Bir terror təşkilatını (İŞİD) həbsdə saxlamaq üçün başqa bir terror təşkilatına (PKK/YPG) dəstək vermək doğru deyil. Amerikalı tərəfdaşlarımızla antiterror əməliyyatı keçirəndə onlar hədəf alınmadıqca, heç bir problem yaşamadıq”.
Hakan Fidan əlavə edib ki, Türkiyə bu çərçivədə ABŞ-nin arxasında gizlənən ölkələri nəzərə almır:
“Avropanın bəzi kiçik ölkələrinin Amerika çətiri altında öz sözünü demə siyasətinin onlara heç bir faydası yoxdur. Baxaq görək, amerikalılar olmayanda bölgəyə gələ biləcəklərmi?
Müzakirə aparacağımız ölkə ABŞ-dir, onun arxasında gizlənən ölkələr bizim ranqımızda deyil. Fransanın bir işi varsa, bu, öz vətəndaşı olan terrorçuları mühakimə etmək və onları öz ölkəsində həbs etməkdir.
Siz öz məhbusunuzu qəbul etmirsiniz və onu həbsdə saxlayan terrorçunu dəstəkləyirsiniz. Bunun heç bir izahı yoxdur”.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron bundan əvvəl Suriyada PKK/YPG terror təşkilatını dəstəkləyən bəyanat vermişdi.
Əlavə edək ki, ABŞ Suriyada İŞİD üzvlərinin saxlanıldığı həbsxanalarının idarə edilməsini PKK/YPG-yə həvalə edib.