Türkiyənin bütün təhdidləri mənbəyində aradan qaldıracaq gücü və qətiyyəti var.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“Türkiyənin bütün təhdidləri mənbəyində aradan qaldıracaq gücü və qətiyyəti var. Heç nə əvvəlki kimi olmayacaq. Terrorla mübarizəyə ikitərəfli münasibət bəsləyən ölkələr də terror hücumlarından dərs götürməlidir. İŞİD və PKK arasında ayrı-seçkilik etmədən eyni qətiyyətlə mübarizəmizi davam etdirəcəyik”, - nazir vurğulayıb.
Fidan qeyd edib ki, 2024-cü ili xüsusi edən Suriyadakı hadisələrdir:
“2011-ci ildən səbirlə davam etdirdiyimiz siyasətlə haqqı və ədaləti müdafiə elədik. Bu gün tarixin doğru tərəfində olmağımızla qürur duyuruq. Deyə bilərəm ki, Suriya ilə bağlı hekayəmiz yeni başlayır.
Qonşumuzun yenidənqurma və inkişaf səylərini dəstəkləməyə başlamışıq. Türkiyənin xarici siyasətinin əsas oxunu sülh və əməkdaşlıq təşkil edir. Qonşularımız və region ölkələrindən gözləntimiz də budur. Önümüzdəki dövr üçün ümidimiz Suriyanın ərazi bütövlüyünün keçid prosesini tamamlamaqdır”.