Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Litva prezidenti Gitanas Nausedanı “karton kukla” adlandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Buna səbəb Nausedanın Kalininqradla bağlı açıqlamaları olub.
Zaxarova, həmçinin Litva prezidentinə cavabında onu tarixi öyrənməyə çağırıb.
"Müasir Litva siyasətçilərinə tarixi öyrənməyi və öz ölkələrində insan hüquqlarının qayğısına qalmağı, eləcə də ölməkdə olan milli iqtisadiyyata “hücum” tövsiyə edirəm”, - deyə Rusiya XİN nümayəndəsi bildirib.