13:10
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistandakı Rusiyayönlü siyasi qüvvələr qarşıdan gələn parlament seçkilərində ağır məğlubiyyət yaşayacaqlar.

Teleqraf.com xəbər verir ki, bunu erməni jurnalist Tatul Akopyan deyib.

Onun sözlərinə görə, həmin qüvvələr seçkilərdə iki ciddi problemlə üzləşəcəklər:

“Birincisi, onlar nəinki Nikol Paşinyana qarşı birləşmək iqtidarında deyillər, həm də onların bir-birlərinə açıq və ictimai nifrətləri var. Bundan da ancaq Paşinyan faydalanacaq.

İkincisi, 2022-2023-cü illərdə sentyabrda baş verən hərbi qarşıdurmalardan sonra cəmiyyət Rusiyadan tamamilə üz çevirib. Rusiyaya qarşı məyusluq və qəzəb bütün dövrlərdə olduğundan daha dərindir”.

2022-2023-cü illərin sentyabrında baş verənlərə gəlincə, birincidə Ermənistanın sərhəddə törətdiyi hərbi təxribatın onun üçün ağır məğlubiyyətlə nəticələnməsindən, ikincidə Azərbaycanın antiterror tədbirləri ilə bütün Qarabağda öz suverenliyi və ərazi bütövlüyünü təmin etməsindən gedir.

Akopyanın fikrincə, həmin hadisələrdə Rusiyanın Ermənistanı dəstəkləməməsi erməni cəmiyyətində ona hiddət yaradıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər