Gəncə şəhəri, Ş.İ.Xətai prospektində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, 45 yaşlı Ruslan Məmmədov aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.