Türkiyə hələlik bu barədə rəsmi məlumatı olmasa da, Qəzza zolağında atəşkəs razılaşmalarını dəstəkləyir.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyanın keçid hökumətində xarici işlər naziri Əsəd Həsən əl-Şibaninin başçılıq etdiyi yeni administrasiyanın nümayəndə heyəti ilə Ankarada danışıqların yekununda deyib.
“Yaxın saatlarda bu məsələ ilə bağlı rəsmi mesajlar alacağımızı gözləyirik, Türkiyə olaraq bu istiqamətdə atılan hər hansı addımı dəstəkləyirik. Bu, regional sabitliyin təmin olunması üçün vacibdir”, - deyə türkiyəli nazir bildirib.
Fidan əlavə edib ki, Ankara paytaxtı Şərqi Qüdslə 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılması ilə problemin iki dövlət əsasında həlli istiqamətində səylərini davam etdirəcək.