20:53
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Giorgi Qaxariya şiddətli qarşıdurmanı özü yaradıb və cavabını alıb”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sabiq baş nazir ifşa olunmasına səbrsiz yanaşıb: “Əgər sən casussansa, səbirli olmalısan”.

“Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze də insidentə münasibət bildirib. O, G.Qaxariyanın deputat Dmitri Samxaradzeyə hücum etdiyini bildirib.

“Gəlin, müəyyən edək kim kimə hücum edib. Sözlü mübahisə baş verib və Qaxariya Samxaradzenin üzünə stəkanla zərbə endirib”, - o söyləyib.

Xatırladaq ki, sabiq baş nazir G.Qaxariya fiziki təzyiqə ötən gecə Batumidə məruz qalıb. Faktla bağlı zorakılıq maddəsi üzrə istintaq aparılır.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər